Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:46

Yunanıstanda hökumətin tərkibi dəyişir


Yunanıstanın baş naziri George Papandreou yeni hökuməti təqdim edib. Sərt iqtisadi islahatların daha səmərəli həyata keçirilməsi məqsədilə maliyyə nazirini dəyişdirib. Sabiq müdafiə naziri Evangelos Venizelos maliyyə naziri olacaq. Maliyyə naziri i George Papaconstantinou isə ekologiya nazirini əvəzləyəcək.

O, ötən il Yunanıstana 110 milyard avro yardım ayrılması üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə danışıqlara rəhbərlik edib.

Yunanıstan hökuməti üzləşdiyi maliyyə böhranı ilə əlaqədar büdcə xərclərini kəskin azaldır. Yaxın günlərdə parlamentdə yeni hökumətə etimad səsverməsi keçirilməlidir.
XS
SM
MD
LG