Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:04

Medvedev: Rusiya neftin qiymətinə arxalanmamalıdır


“Rusiya neftin yüksək qiymətinə və ya hər zaman qiymətlərin artmasına arxalanmamalıdır”. Sankt-Peterburqda keçirilən iqtisadi forumda çıxış edən Rusiya prezidenti Dmitri Medvedev belə deyib.
İslahat proqramını təqdim edən Medvedev bildirib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq Rusiya yaxın bir neçə ildə iqtisadiyyatın modernləşməsinə çalışmalıdır.
O xəbərdarlıq edib ki, iqtisadiyyatın rolu artdıqca korrupsiya, səhmdarlara qarşı ədavət, Kremldə hakimiyyətin mərkəzləşməsi ölkənin inkişafına təhlükə yaradır.

Forumda Çin prezidenti Hu Jintao da iştirak edir.

Bu arada Qazprom rəsmisi bildirib ki, Rusiya və Çin iqtisadi forum çərçivəsində qaz təchizatı ilə bağlı müqavilə imzalamayacaq. İki ölkə arasında 5 ilə yaxındır dəyəri 1 trilyon dollar olan qaz sazişi ətrafında danışıqlar davam edir.
XS
SM
MD
LG