Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:26
«Yeni Azərbaycan» qəzeti yazır ki, 2011-Cİ İLİN ÖTƏN BEŞ AYI ÖLKƏ İQTİSADİYYATINDA İNKİŞAF MEYLLƏRİ İLƏ YADDA QALIB.

Müəllif qeyd edir ki, «ötən dövr ərzində iqtisadiyyatın bütün makroiqtisadi parametrləri üzrə yüksək inkişaf templəri müşahidə edilib. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının yaxşılaşmasını da şərtləndirib.

2011-ci ilin yanvar-may ayları ərzində respublikamızda 17.6 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz çoxdur…».

«HÖKUMƏT SOYĞUNÇU BAHALAŞMAYA START VERİR»

Bu başlıq altında «Yeni Müsavat» qəzeti nəqliyyatda gediş haqlarının artırılmasından yazır:

«Nəqliyyat naziri Ziya Məmmədov ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə anons verib. Deyib ki, əhalinin maddi rifah halının artması ilə bərabər nəqliyyatda gediş haqlarının artırılmasına da baxılmalıdır. İctimai nəqliyyatda özəl şirkətlər xidmət göstərir, ona görə də bu şirkətlər öz xərclərini ödəyə və gəlirlə işləyə bilməlidir. Müvafiq olaraq gediş haqlarına dair tariflərin artırılması məsələsinə baxılır».

Qəzet nazirliyin sözçüsü Namiq Həsənovun bu ilin mart ayında dediyi «nazirlik Tarif Şurasına avtobus sərnişin daşımaları tariflərinin dəyişməsi ilə bağlı müraciət etməyib və etməyəcək» fikrini xatırladaraq yazır:

«İndi ərəb inqilabları dalğasının səngidiyini görən nəqliyyat maqnatı hərəkətə keçməyə qərar verib. Nəqliyyatda gediş haqlarının artırılması isə ilk növbədə əhalinin aztəminatlı hissəsinin büdcəsinə zərbə vuracaq».

DÖVLƏT QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YENİ BİNA İSTİFADƏYƏ VERİB

«Azərbaycan» qəzeti isə Qarabağ müharibəsində həlak olanların ailələrinə və müharibə əlillərinə dövlət qayğısından yazır:

«Mingəçevir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 4-mərtəbəli 16 mənzilli bina istifadəyə verilib. Müasir üslubda tikilən yeni binada mənzillər lazımi şəraitlə təmin edilib, evlərdə istilik sistemi quraşdırılıb...».

Qəzetdə xatırladır ki, 2003-cü ildən bəri Mingəçevirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 ədəd 24 mənzilli, bir ədəd 36 mənzilli və bir ədəd 16 mənzilli bina istifadəyə verilib. Yaxın vaxtlarda isə bir ədəd 54 mənzilli və bir ədəd 16 mənzilli binaların inşası nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG