Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Qurban Nəzirov: «Dəmiryolunda tariflər dəyişməyəcək»


Azərbaycanın dəmiryolu sistemində sərnişin daşımaları ilə bağlı tariflərin dəyişməsi gözlənilmir.

Bu barədə «APA»ya açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin baş mühəndisi Qurban Nəzirov məlumat verib.

O deyib ki, hazırda dəmiryolunda çevik tarif sistemi qurulub və artıq burada ciddi dəyişikliyə ehtiyac yoxdur.

Tarif (Qiymət) Şurası bu il fevralın 1-dən «Azərbaycan Dəmir Yolları» QSC-nin müraciəti əsasında ölkədaxili sərnişin daşıma xidmətlərinə tarifləri artırıb. Marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG