Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Ayman al-Zawahirini də bin Ladenin taleyi gözləyir


ABŞ xəbərdarlıq edib ki, «Əl-Qaidə» terror təşkilatının yeni lideri Ayman al-Zawahirini bin Ladenin taleyi gözləyir.

Al-Zawahirinin təyinatı ilə bağlı iyunun 16-da ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri admiral Mayk Mullen bəyanat verib, bildirib ki, ABŞ qüvvələrinin məqsədi bin Ladenə göstərilən münasibəti Zawahiriyə də göstərməkdir.

Əl-Qaidənin keçmiş rəhbəri Bin Laden ötən ay ABŞ-ın xüsusi qüvvələri tərəfindən Pakistanda keçirilən reydlərdə qətlə yetirilib.

Terror təşkilatının yeni rəhbəri, 60 yaşlı Ayman al-Zawahiri Misir əsilli həkimdir. O, Əl-Qaidədə bin-Ladendən sonra ikinci adam hesab olunurdu.
XS
SM
MD
LG