Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:03

ABŞ Qəddafi qüvvələrini seksual təcavüzdə günahlandırır


ABŞ dövlət katibi Hillari Klinton Liviya lideri Müəmmar Qəddafinin qüvvələrini hərbi məqsədlər üçün zorlamadan və qadınlara qarşı zorakılıqlardan istifadə etməkdə günahlandırıb. Dövlət katibi Liviyada geniş yayılmış zorlanma halları ilə bağlı məlumatlardan «dərin narahatlıq» keçirdiyini bildirib.

Klinton qeyd edib ki, Yaxın Şərq regionunun digər ölkələrində də demokratik islahatların keçirilməsini tələb edən nümayişçiləri qorxutmaq və cəzalandırmaq üçün seksual zorakılıq metodundan istifadə olunur.

Dövlət katibinin bəyanatında deyilir ki, Beynəlxalq Cinayət Məhkəməsi Liviya ordusu əsgərlərinin mütəmadi olaraq qadınları zorlaması halları ilə bağlı araşdırmaya başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG