Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

Azərbaycan rəqabət qabiliyyətini artırmalıdır


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı xarici investorları cəlb etmək üçün Şərqi Avropa və Cənubi Qafqaz ölkələrini rəqabət qabiliyyətlərini artırmağa çağırıb.

Təşkilatın yaydığı məlumatda Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın adları çəkilir.

Təşkilat bu ölkələri təhsil sahəsində islahatlar aparmağa, kiçik şirkətlərin maliyyələşdirilməsinə imkan açmağa və investorlar üçün stimullar yaratmağa çağırır.

Təşklilatın yaydığı hesabatda qeyd olunur ki, son illər iqtisadi artıma baxmayaraq regionda səmərəlilik dünya göstəricisindən orta hesabla 77 faiz aşağıdır.

Bu ölkələr Avropa Birliyinin Şərqi Tərəfdaşlıq proqramına daxildirlər.
XS
SM
MD
LG