Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:42

Səməd Vurğunun şeiri ləzgi dilində


Milli azlıqların mahnılarından ibarət disk buraxılıb
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

Bakıda milli azlıqların İncəsənəti III Respublika Festivalı keçirilir


Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan klassik şeirləri milli azlıqların dilinə tərcümə edilib. Bu, Milli Azlıqların İncəsənəti III Respublika Festivalında həyata keçirilən tədbirlərdən biridir.

Milli Azlıqların İncəsənət festivalı çərçivəsində İyunun 26-da «Azərbaycanda yaşayan xalqların mahnıları» adlı diskin təqdimatı da keçirilib.

«SEVİNİRİK Kİ, AZƏRBAYCANDA BELƏ MƏİŞƏT DÜŞÜNCƏSİ VAR»

«Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət» mövzusunda dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib ki, Azərbaycanda milli zəmində tolerantlıq hökm sürür, milli azlıqlar öz mədəniyyətlərini, dinlərini, ənənələrini yaşadır:

Əbülfəz Qarayev
«Hər birimiz digər millətin mədəniyyətinə gündəlik həyatda hörmətlə yanaşırıq. Rusların, azərbaycanlıların, yəhudilərin bayramı olsun, ilk öncə cənab Prezident təbrik edir.

Bir-birimizlə rastlaşanda bu bayramlar münasibətilə təbrik edirik. Biz sevinirik ki, Azərbaycanda belə bir məişət düşüncəsi mövcuddur. Ona görə də bunu möhkəmləndirmək lazımdır».

AZƏRBAYCANDA YƏHUDİLƏRƏ QARŞI DİSKRİMİNASİYA OLMAYIB

Milli Məclisin üzvü Yevda Abramov Azərbaycanda dağ yəhudilərinin təmsilçisi kimi çıxış edərək bildirib ki, dünyada yəhudilərə qayğı göstərən iki insan tanıyır, biri Sultan Süleyman Qanuni, digəri isə prezident İlham Əliyev:

«Azərbaycanda nə bu gün, nə əvvəl yəhudilərə qarşı heç bir diskriminasiya olmayıb. Sabah Azərbaycana gələn turistlər yalnız Xəzərə görə gəlməyəcəklər, yalnız gözəl kabab yeməyə, Qəçreş bulağının suyunu içməyə gəlməyəcəklər. Burda bir mənəvi boşluğu doldurmaq da gərəkdir. Bu baxımdan bugünkü tədbirin çox böyük, unikal əhəmiyyəti var».

Dəyirmi masada Azərbaycanda yaşayan digər milli azlıqların da təmsilçiləri müzakirələrdə iştirak ediblər.

Bakıda «Azərbaycan - doğma diyar» devizi altında Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların incəsənət festivalı iyunun 18-ə qədər davam edəcək.

Festivalın yekun konserti iyunun 18-i saat 18.00-da Opera və Balet Teatrında keçiriləcək.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Festivalın bədii rəhbəri və quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
XS
SM
MD
LG