Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:13
Azərbaycanın bazarlarında qarpız və yemişin satışına ciddi nəzarət qoyulmalıdır.

Bunu APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

O bildirib ki, məhsulları vaxtından əvvəl yetişdirmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur və belə maddələrdən həddindən artıq istifadə insan orqanizmi üçün təhlükəlidir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə bildirib ki, hazırda bazarlara çıxarılan qarpız və yemişlər yerli məhsullardır:

“Qış aylarında Azərbaycana qarpız və yemişlər xarici ölkələrdən, Türkmənistan və Özbəkistandan idxal olunurdu. Amma hazırda bazarlarda satılan məhsullar Sabirabadda yetişdirilib”.

Yaqub İbrahimov hər il olduğu kimi bazarlardakı qarpız və yemişlərdən bu il də analizlər götürüləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG