Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:59

Ramil Usubov Belçika səfiri ilə görüşüb


Ramil Usubov
Ramil Usubov
İyunun 16-da daxili işlər naziri Ramil Usubov Belçika Krallığının Azərbaycandakı səfiri Lük Truyensi qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, nazir yeni təyinat münasibətilə diplomatı təbrik edib.

Nazir Belçika Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın hələlik İnterpol çərçivəsində həyata keçirildiyini, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Səfirlə nazirin görüşündə narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin əsas diqqət mərkəzində dayandığı vurğulanıb.

Nazirliyin məlumatına görə, səfir Azərbaycanla Belçika arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın günü-gündən inkişaf etdiyini xatırladıb. Səfir fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini artıracağını diqqətə çatdırıb.
XS
SM
MD
LG