Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:19

Rusiya ilə Çin ticarət dövriyyəsini artırırlar


Rusiya ilə Çin 2020-ci ilədək mal mübadiləsini 200 milyard dollara qaldırmaq razılığına gəliblər.

Bunu Rusiya prezidenti Dimitri Medvedev cümə axşamı Kremldə çinli həmkarı Hu Cintao ilə görüşdən sonra deyib.

Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 60 milyard dollardır.

Görüşdə tərəflər energetika da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq barədə razılaşmalar imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG