Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:48

Liviya rəhbərliyi seçki keçirməyi təklif edib


Tripoli beynəlxalq müşahidəçilərin iştirakıyla seçki keçirməyə hazırdır.

Bunu Liviya lideri Muammar Qaddafinin oğlu Saif al İslam bəyan edib.

O İtaliyanın Sorriera della Sera qəzetinə müsahibəsində yaxın 3 ay ərzində seçki keçirməyi təklif edib.

Saif seçkinin Liviya münaqişəsinin həllində yeganə ağrısız yol olduğunu bildirib.

Rusiya prezidentinin elçisi Mixail Marqelov bu gün Tripoliyə gedir.

Onun yüksək rütbəli ölkə rəsmilərilə görüşəcəyi gözlənilir.

Marqelov bundan əvvəl Benqazidə üsyançıların liderlərilə görüşüb.

NATO təyyarələri Tripolini bombalamaqda davam edir.
XS
SM
MD
LG