Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27
İyunun 16-da Sumqayıt şəhər Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının apellyasiya şikayəti üzrə ilkin baxış keçirilib.

Prosesdə vəkil Anar Qasımov C. Savalanlının qanunsuz həbsdə saxlanması faktı üzrə cinayət işi başlanmasına və apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsinə dair vəsatətlər verib.

Hakim Lətifə Məmmədova vəsatətləri təmin etməyib. Məhkəmə baxışı iyunun 30-u saat 15:00-a təyin edilib.

C. Savalanlı 2011-ci il fevralın 5-də Sumqayıtda saxlanılıb. Polis onun üstündən 0.7 qram narkotik maddə tapıldığını bildirib. Barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaxınları isə bu ittihamı saxta sayır, C. Savalanlının həbsini onun siyasi fəaliyyəti ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG