Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47

Bəxtiyar Hacıyevə yeni dəstək aksiyası başladı


Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin tərəfdarları və yaxınları ona dəstək kampaniyası çərçivəsində yeni aksiyaya başlayıblar.

Bu barədə AzadlıqRadiosuna aksiyanı keçirən gənc fəallar məlumat veriblər.

Aksiya «Sadə vətəndaşlara məktub» adlanır.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytındakı seçici siyahısından təsadüfi seçilmiş 100-dən çox ünvana məktub göndərilib. Məktubda gənclərə qarşı repressiyalardan danışılır.

Aksiya televiziyalarda Bəxtiyar Hacıyevi təhqir edən reportajların verilməsinə etiraz olaraq keçirilir.

Gənc fəal Bəxtiyar Hacıyev mayın 18-də Gəncənin Nizami rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmada ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG