Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:55

Traktor minaya düşüb, 4 adam ölüb


Əfqanıstanın Qəndahar əyalətində baş verən partlayış nəticəsində 4 adam ölüb. 3-ü yaralanıb. Polisin verdiyi məlumata görə, partlayış kənd təsərrüfatı işləri görən traktorun minaya düşməsi nəticəsində olub.

Qəndəhar əyalətində vəziyyət gərgindir. Son günlər burda keçirilən əməliyyat nəticəsində 16 yaraqlı öldürülüb, 17-i əsir götürülüb. Hökumət qoşunlarının itkiləri haqqında məlumat verilmir.
XS
SM
MD
LG