Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Zamin Hacı beynəlxalq mükafat alıb


Zamin Hacı
Zamin Hacı
İyunun 15-də Osloda Norveçin «Söz azadlığı» Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondunun media mükafatları təqdim olunub.

2011-ci ildə Azərbaycandan mükafata «Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı layiq görülüb.

Z. Hacının namizədliyini Bakıdan jurnalist Şahvələd Çobanoğlu, Oslodan İnsan Hüquqları Evi və Norveç Helsinki Komitəsi irəli sürüb.

Bu mükafat 12-ci dəfədir təqdim olunur, indiyəcən həmin mükafatlara 1 milyon 500 min avro sərf edilib.

Z. Hacıya verilən mükafat 10 min avrodur.

2007-ci ildə bu mükafata «Turan» İnformasiya Agentliyi, 2008-ci ildə «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov, 2009-cu ildə «Bizim yol» qəzetinin əməkdaşı Natiq Cavadlı, 2010-cu ildə isə jurnalist Şahvələd Çobanoğlu layiq görülüb.
XS
SM
MD
LG