Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:11

Gabrielle Giffords xəstəxanadan çıxıb


ABŞ Konqresinin Arizona ştatından olan üzvü Gabrielle Giffords xəstəxanadan çıxıb. O müalicəsini evdə davam etdirəcək.

Gabriel Giffords bu il yanvarın 8-də Tuson şəhərində seçiciləri ilə görüşü zamanı ona edilən hücum zamanı başından güllələnmişdi.

Həmin hücum zamanı 6 adam ölmüşdü, konqresmen də daxil olmaqla 13 nəfər yaralanmışdı. Hücumu törədən 22 yaşlı gənci polis saxlayıb.
XS
SM
MD
LG