Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:29

ABŞ Dövlət katibinin müavini Bakıda müxalifət liderlərilə görüşüb


Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin müavini Tomas Melia bu gün müxalifət liderləri ilə görüşüb.

Görüşdə Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Respublikaçı Alternativ hərəkatının həmsədri İlqar Məmmədov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak edib.

Bu barədə AzadlıqRadiosuna Müsavat partiyasının başqan müavini Mehman Cavadoğlu məlumat verib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya, insan haqlarının durumu, siyasi məhbuslar, 2 aprel aksiyası zamanı həbs olunanların məsələsi və s. məsələlər müzakirə olunub.

Tomas Melia səfər zamanı həmçinin ölkə rəsmiləri, hüquq müdafiəçiləri, media və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG