Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bəyannamə qəbul edib


Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin liderləri Şimali Afrika və Yaxın Şərqdə vəziyyəti təcili sabitləşdirməyə çağırıblar.

Təşkilatın Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitində qəbul olunmuş yekun bəyannamədə xüsusilə Liviyada silahlı münaqişəyə tezliklə son qoyulmasının vacibliyi qeyd olunur.

Rusiya prezidenti Dimitri Medvedev sammitdə çıxışında təşkilatı regional təhlükəsizliyin təmin edilməsində rolunu artırmağa çağırıb.

Şanxay əməkdaşlıq Təşkilatına Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir.

İran, Pakistan və Əfqanıstan isə təşkilatın işində müşahidəçi kimi iştirak edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG