Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36
Bu gecə Ay tutulması baş verəcək.

Bu haqda AzadlıqRadiosuna N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Atayi məlumat verib.

Ay tutulması Bakı vaxtilə saat 23:00-dan sonra başlayacaq. Gecə saat 3-ə qədər davam edəcək:

«Tam ay tutulması olacaq. Çünki Ay Yerin kölgəsinə tamamilə girəcək. Bu son 11 il ərzində ən möhtəşəm tutulmalardan biridir. Ayın səthinə qırmızı kölgə düşəcək. Ay qıpqırmızı olacaq».

Ə. Atayi Ay tutulmasının Azərbaycanda yaxşı müşahidə olunacağını, bu prosesin insanlarda heç bir narahatlıq yaratmayacağını da bildirib.
XS
SM
MD
LG