Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:52
İyunun 15-i Azərbaycanda rəsmən Qurtuluş Günü kimi qeyd edilir. 18 il əvvəl, iyunun 15-də Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilib. 1997-ci ildən etibarən isə iyunun 15-i Qurtuluş bayramı kimi qeyd edilməyə başlayıb.

Rəsmi təbliğata görə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən, müstəqilliyini itirməkdən xilas edib.

Ancaq hakimiyyətin opponentləri hesab edir ki, H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycandakı problemləri daha da dərinləşdirib. Dağlıq Qarabağa bitişik 6 rayon əlavə olaraq itirilib, ölkədə sosial-iqtisadi problemlər daha da artıb.

Bakıda və əyalətlərdə Qurtuluş Günü ilə əlaqədar bayram tədbirləri keçirilir. Axşam isə paytaxtda atəşfəşanlıq olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG