Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00
Aprelin 5-də qətlə görə həbs edilən Cəlilabad rayonundakı 7 saylı məktəbin 8-ci sinif şagirdi Vasif Mirələmovun yeri 3 gün ailəsindən gizlin saxlanıb. Bu haqda Azadlıq Radiosuna onun atası, AXCP Cəlilabad rayon bölməsinin sədri Təzəxan Mirələmli məlumat verib.

Onun sözlərinə görə, oğlu iyunun 10-da vəkillərinə və qanuni nümayəndəsinə xəbər verilmədən psixoloji və narkoloji ekspertizadan keçirilib. Bundan sonra yenə də vəkillərə və qanuni nümayəndəyə xəbər verilmədən istintaq hərəkətləri aparılması üçün Cəlilabada aparılıb.

İyunun 14-də Təzəxan Mirələmli rayona gedəndə isə məlum olub ki, oğlu iyunun 11-dən Cəlilabadda deyil, Biləsuvar polis şöbəsinin təcridxanasında saxlanılır.

T.Mirələmli oğluna qarşı zorakılıq ola bilməsindən də narahat olduğunu deyib.

Biləsuvar polis şöbəsinə gələn T. Mirələmliyə oğlu ilə görüşə icazə verməyiblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə isə bildirdi ki, bu işin polislə heç bir əlaqəsi yoxdur, Mirələmli bununla bağlı işi aparan müstəntiqlə danışmalıdır. İşi aparan Cəlilabad rayon prokurorluğunun müstəntiqi Səlim Cəfərov bununla bağlı təqsirləndirilən şəxsin atasına heç bir məlumat verməyib.

Müstəntiq telefon zənglərimizə də cavab vermədi.

HƏMÇİNİN OXU:

Cəlilabaddakı qətl siyasi rəng alır
Təzəxan Mirələmli 2 aprel mitinqində iştirak edib

Günün bütün mövzuları

XS
SM
MD
LG