Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

Cankorel hesabat verdi


Əli Bilge Cankorel
Əli Bilge Cankorel
«Azərbaycanda seçki komissiyalarının formalaşdırılması, namizədlərin qeydiyyatı, şikayətlərə baxılması proseduraları ilə bağlı problemlər qalır. Əməkdaşlığın nəticə vermədiyi sahələrdən biri də toplaşma azadlığı ilə bağlıdır».

Bunu Azərbaycandakı missiyasını başa vurmaqda olan ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel iyunun 14-də keçirdiyi mətbuat konfransında deyib:

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun tətbiqində kifayət qədər tolerant deyillər. Həmin qanunun icrasının vəziyyəti, seçki komissiyalarının təşkili, namizədlərin qeydiyyatı və sair. Medianın inkişaf etdirilməsini istəyirəm.

Diplomatik korpusun nümayəndələrinin İctimai Palatanın liderləri ilə görüşməsindən hakim partiyanın və iqtidarın narazı qalması barədə deyilənlər mətbuatın spekulyasiyasıdır. Mətbuat bunu süni yaradır və əslində belə bir şey yoxdur. Qəzetlərin maqazin tipli belə spekulyasiyalarını mən də oxumuşam və gülmüşəm.

Saxlama yerlərində saxlananların hüquqları ilə bağlı və sair qanunlar üzərində işlənilir ki, onların tamamlanmamağından narahatam».

Cənab Cankorelin fikrincə, ATƏT-in diqqət mərkəzində olan başqa bir məsələ Azərbaycanda medianın azad iqtisadiyyat əsasında fəaliyyət göstərən biznes sahəsinə çevrilməsidir.

Son iki ildə ATƏT-in Bakı Ofisi 120-yə yaxın layihə icra edib. Müsbət nailiyyətlər sırasında Ə. B. Cankorel Bakı Ofisinin ekspert yardımı ilə «Məişət zorakılığına qarşı mübarizə haqqında» qanunun qəbulunu qeyd edib.

Ə. B. Cankorel deyib ki, ATƏT 2010-cu il parlament seçkiləri ərəfəsində siyasi partiyalar arasında dialoq qurulmasına, «İctimai dəstəyi olan polis» layihəsinin həyata keçirilməsinə yardım edib.

ATƏT-in Bakı Ofisinin rəhbəri payızda diffamasiya haqqında qanun qəbul oluncağına da ümid edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG