Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Şəriət məhkəmələrinin işinə baxacaqlar


Böyük Britaniyada müsəlmanların mübahisəsini həll edən məhkəmələrə dair qanun layihəsi hazırlanıb


Böyük Britaniya parlamentinə şəriət məhkəmələrinin fəaliyyətini məhdudlaşdıran sənəd daxil olub.

Lordlar Palatasına təqdim edilən bu sənədə görə şəriət məhkəmələrinin ailə və cinayət işləri üzrə çıxardığı qərarların hüquqi əsası olmamalıdır. Layihənin müəllifi Palata üzvü, baronessa Kerolayn Koksdur.

Baronessa Koks “İslamToday” saytına müsahibəsində deyib ki, bu sənədin hazırlanmasında əsas məqsəd müsəlman qadınların hüquqlarını müdafiə etməkdir. Onun fikrincə, məhz qadınlar şəriət məhkəmələrində ayrıseçkiliyə məruz qalır. Baronessa Koks deyib ki, o, ölkədə kök salan kvaziyuridik sistemin dayandırılmasını istəyir.

Əslində, qanun layihəsində İslam dininin adı çəkilmir. Amma qeyd olunur ki, məhkəmələrdə qadın ifadələrinin çəkisinin kişi ifadələrinin yarısına bərabər tutulması praktikasına son qoyulmalıdır.

Böyük Britaniya Müsəlman Şurasının məsləhətçisi Xurşid Drabu isə deyib ki, bu ölkədə yaşayanların hamısı öz seçimində sərbəstdir: “Şəriət məhkəmələri insanların öz razılığı ilə qurulur. Əgər qadın bu məhkəmələrdə ayrıseçkiliyə məruz qalırsa, onun ingilis məhkəmələrinə müraciət etmək hüququ qalır”.

Böyük Britaniyada təxminən 85 şəriət məhkəməsi fəaliyyət göstərir. Bu məhkəmələr əsasən ailə və maliyyə mübahisələrini həll etməklə məşğuldur. Onların qəbul etdiyi hər hansı bir qərar isə yalnız Böyük Britaniya məhkəmələrinin təsdiqindən sonra qanuni qüvvəyə minə bilər.

Layihənin təsdiqlənəcəyi təqdirdə, şəriət məhkəməsinin tələbini yerinə yetirənləri 5 il həbs cəzası gözləyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG