Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:08
Yazıçı Azad Qaradərəli iyunun 18-də saat 15 00-da yenicə çapdan çıxmış “Burda yer fırlanmırdı” kitabının ("Qanun" nəşr.) imza gününü keçirəcək.

Tədbir İçəri şəhərdə, Qız qalasının yanında yerləşən “Əli və Nino” kitab mağazasında baş tutacaq.

İmza günündə yazıçının qələm dostları, tənqidçilər, media işçiləri, yazıçının dostları və yaxınları iştirak edəcək.

Kitaba yazarın son vaxtlar qələmə aldığı hekayələri, 2004-cü ildə bitirdiyi və müxtəlif mətbuat orqanlarında bəzi hissələri çap olunmuş “Günəş tutulan yerdə” romanı və kitabın çapa hazırlanma prosesində qəfil yazdığı “Yuxarıda kim var?” uzun hekayəsi (əsər Səməd Behrəngi və Eldar Baxışın xatirələrinə həsr olunub) daxil edilib.

Bütün media işçiləri, kitabsevərlər dəvətlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG