Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:12

Suriya ilə bağlı durğunluq davam edir


BMT Təhlükəsizlik Şurasında Suriya rejiminin hökumət əleyhinə nümayişçiləri sıxışdırmasını pisləyən qətnamə layihəsi ilə bağlı durğunluq davam edir. Konsensus əldə olunmadığı bir zamanda Suriya hökuməti bildirib ki, hökumət qüvvələri ölkənin şimalında üsyançılara qarşı əməliyyat aparır, ötən həftə bu bölgədə 120 təhlükəsizlik personalının öldüyü deyilir.

Suriyaya qarşı qətnamə layihəsinin əleyhinə olan Rusiya və Çin səfirləri şənbə günü Təhlükəsizlik Şurasının görüşünə qatılmayıb. Layihə Britaniya, Fransa, Almaniya və Portuqaliya tərəfindən irəli sürülüb.

Qətnamə layihəsində Suriyaya qarşı hər hansı sanksiyanın qoyulması deyil, prezident Bashar al-Assad rejiminin nümayişçiləri dağıtması pislənilir və nümayişçilərlə dialoqa çağırılır.

Suriyada üç aydan çoxdur ki, müxalifət prezidentin istefası tələbi ilə etiraz aksiyaları keçirir.
XS
SM
MD
LG