Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:51

ABŞ Senatının saytı haker hücumuna məruz qalıb


Bu barədə Amerika hökuməti məlumat yayıb. ABŞ Konqresi hakerlərin hər hansı gizli məlumatı ələ keçirə bilmədiklərini deyib.

Həmçinin Amerika konqresinin yuxarı palatasının saytına hücumla bağlı araşdırma aparıldığı bildirilir.

Özlərini «Lulz Security» adlandıran haker qrupu dünən saytlarında məlumat yayaraq ABŞ Senatının kompüter şəbəkəsinə girdiyini və serverdən oğurladıqları faylların siyahısını yayıb.

Qrup həmçinin son zamanlar Sony şirkəti və Amerikanın ictimai televiziya şirkətinin saytlarına hücumlara görə də məsuliyyəti öz üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG