Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Şərif Ağayar roman yazıb


Bir müddət əvvəl “Aftafalı Antrakt” kitabı ilə oxucuların görüşünə gələn yazar Şərif Ağayar roman yazıb.

Yazarın "Oxu zalı"na bildirdiyinə görə, roman Qarabağın vaxtilə ermənilər tərəfindən işğal olunan, sonradan boşaldılan ərazilərində məskunlaşmış bir ailənin başına gələn qeyri-adi əhvalatlardan bəhs edir.

"Roman çağdaş roman prinsiplərinə uyğun işlənib. Əsərdə Azərbaycan və dünya ədəbiyyatındakı igidlik, qoçaqlıq, mərdlik kimi mövzulara yeni fərqli baxış ortaya qoyulub.

Əsərin qəhrəmanı mövcud qanunlardan, müasir cəmiyyətimizdəki adət-ənənələrdən qaçmağa məcburdur, o, özünü rahat hesab etdiyi bir yer axtarır, bu yeri isə iki düşmən ölkə arasındakı neytral zonada tapa bilir.

Ancaq onun xarakterindəki ziddiyyətli məqamlar, ailəyə, qadınlara, insanlara fərqli münasibəti ətrafdakıların onu düzgün başa düşməməsinə, ziddiyyətlərin üç nəfərin qətlinə qədər dərinləşməsinə gətirib çıxarır".

Romanın mövzusu həyat reallıqlarından götürülsə də bəzi mistik elementlərdən də istifadə olunub.

Müəllif hesab edir ki, Azərbaycan ədəbiyyatında mövzu və strukturoloji baxımdan bu səpkili roman yazılmayıb. “Harami”nin bu ilin sonuna qədər çap olunması gözlənilir.

Şərif Ağayar deyir ki, ilk romanının oxucular tərəfindən maraqla qarşılanacağına əmindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG