Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:20

İsmayıllının 15 kəndində həyat iflic olub


Dəymiş ziyanın miqdarı hesablanır

Dəymiş ziyanın miqdarı hesablanır

İyunun 13-ü axşamdan səhərə qədər İsmayıllı rayonunda yağan güclü leysan rayonun 15 kəndinə ciddi ziyan vurulub.

Kəndlərdə həyətyanı sahələri sel basıb. Evlərə su dolub, körpülər dağılıb.

Bu haqda AzadlıqRadiosuna İsmayıllı rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov məlumat verib.

«Yollara, körpülərə, həyətyanı təsərrüfatlara ziyan dəyib. Bir neçə evi su basıb. Aşıqbayramlı, Kürdmaşı, Qarakolluq, Talış, İmişlili kəndləri istiqamətində daşıyıcı qaz xəttini, Kürdmaşı kəndinə gedən içməli su xəttini sel aparıb».

Bəzi kəndlərdə işıq bərpa olunsa da, kəndlərin çoxu işıqsızdır. Hazırda ərazilərə
texnika cəlb edilib. Dəymiş ziyanın miqdarı hesablanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG