Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

Nazirlik qurultay keçirmək üçün KXCP-yə yer təklif edib


Mədəniyyət və Turizm Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) qurultay keçirmək üçün yer təklif edib.

Nazirliyin məktubunda bildirilir ki, partiya iyunun 24-də Sarabski adına Mədəniyyət Sarayında II Qurultayını keçirə bilər.

Bunu AzadlıqRadiosuna KXCP üzvü Vüqar Bayramov deyib:

«Biz təxminən 800 nəfərlik yeri olan məkan üçün müraciət etmişdik, amma Sarabski adına Mədəniyyət Sarayı maksimum 300 nəfərlik yerdir. Hələ ki, təklifi götür-qoy edirik».

KXCP mayın 11-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi ki, qurultaylarını keçirmək üçün onlara yer ayrılsın. Partiya Şəhriyar adına Mədəniyyət Mərkəzi, Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Opera Balet Teatrı – bu binalardan birində tədbirlərini keçirmək istəyirdi.

Bakı şəhər İcra Hakimiyyəti isə cavabında bildirib ki, təklif olunan binalardan 3-ü Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olduğundan həmin quruma müraciət olunmalıdır.

Nazirlik məktublarına cavab vermədiyindən partiya elan etmişdi ki, iyunun 14-dən etibarən «Yer ver!» şüarı ilə Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin binaları qarşısında davamlı piketlər keçirəcəklər.

Vüqar Bayramlı deyir ki, hazırda təklif olunan yeri müzakirə edirlər, həmin bina qurultay üçün yararlı hesab olunmazsa, aksiya keçirməkdə israrlıdırlar.
XS
SM
MD
LG