Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:24

BBG üzvü Victor Ashe Bakıdadır


Victor Ashe
Victor Ashe
Beynəlxalq Yayım Şurasının (BBG) üzvü, səfir Victor Ashe iyunun 13-dən 16-dək Bakıda işgüzar səfərdədir.

Onun Prezident Administrasiyasında və XİN-də görüşləri nəzərdə tutulub. Victor Ashe qeyri-hökumət sektoru və media nümayəndələri ilə də görüşəcək.

Səfir Victor Ashe AzadlıqRadiosunun Bakı bürosunda da olacaq, AzadlıqRadiosu və «Amerikanın Səsi»nin əməkdaşları ilə görüşəcək. O, həmçinin, AzadlıqRadiosunun «Oxu Zalı» səhifəsinin «Ədəbi Azadlıq» mükafatının təqdimatında iştirak edəcək.

2009-cu il yanvarın 1-dən Azərbaycan hökuməti AzadlıqRadiosu da daxil olmaqla xarici radiostansiyaların FM-də yayımını dayandırıb.

BBG ABŞ-ın qeyri-hərbi beynəlxalq yayımçılarının - AzadlıqRadiosu, «Amerikanın Səsi», Marti Radio və TV-sinin peşə müstəqilliyi və bütövlüyünün qorunub saxlanmasına nəzarət edir.

VICTOR H.ASHE BARƏDƏ

Səfir Victor Ashe ABŞ-ın Noksvill şəhərinin ən uzunmüddətli meri olub. O, həmçinin, 2004-cü ilin iyunundan 2009-cu ilin oktyabrınacan ABŞ-ın Polşada səfiri işləyib.

1968-1974-cü illərdə Tennessi ştatının Nümayəndəsi olub. 1975-ci ildə ştatın senatoru seçilib və 1984-cü ilədək bu vəzifədə qalıb.

Prezident Ronald Reagan-dan başlayaraq 5 ABŞ prezidenti Victor Ashe-i müxtəlif federal vəzifələrə təyin edib. O, BBG-nin ilk üzvüdür ki, əvvəl səfər işləyib.

Səfir Victor Ashe Yel Universitetində tarix üzrə bakalavr dərəcəsi alıb. 1974-cü ildə Tennessi Universitetində Hüquq kollecini bitirib.

O, BBG-nin İdarə Şurasının üzvü, «Azad Asiya» radiosunun İdarə Heyətinin sədridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG