Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:05

14 iyun – Ümumdünya Qan Donoru Günüdür


BMT-nin təsis etdiyi «Ümumdünya Qan Donoru Günü» könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasına, daha çox insanların könüllü donorluğa həvəsləndirilməsinə imkan yaratmaqla yanaşı, həm də öz qanını təmənnasız olaraq könüllü bağışlayan şəxslərə ehtiram və minnətdarlıq günüdür.

2011-ci ildə Ümumdünya Qan Donoru Gününün əsas devizi «Daha çox qan. Daha çox həyat.» çağırışıdır.

Bu çağırış bütün dünyada daha çox insanların müntəzəm şəkildə konüllü olaraq qan verməklə xilaskara çevrilməsinə zəruri ehtiyac olduğunu daha da bariz nəzərə çarpdırır. Qan ehtiyatının çatışmazlığı üzündən həyat üçün təhlükə yaranması və yoluxucu xəstəliklərin qanköçürmə yolu ilə ötürülməsi riski, qan köçürülməli olan bütün insanlar üçün qanın təhlükəsiz və lazımi qaydada tədarük olunmasını tələb edir.

2005-ci ildən etibarən hər il 14 iyun Ümumdünya Qan Donoru Gününün keçirilməsi qərara alınıb.
XS
SM
MD
LG