Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

Dünyada uşaqların peyvəndi üçün 4,3 milyard dollar ayrılıb


Yoxsul ölkələrdə yaşayan uşaqların peyvəndi üçün 4,3 milyard dollar ayrılıb.

Bu vəsait 250 milyondan çox uşağın qızılca, pnevmoniya və sarılığa qarşı peyvənd edilməsinə imkan verəcək.

İyunun 13-də Londonda immunlaşma ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçıları bu qərara gəliblər. Vəsaitin böyük hissəsi Microsoft şirkətinin təsisçisi Bill Qeyts və Böyük Britaniya rəhbərliyindən gəlib.

«Save The Сhildren» təşkilatının məlumatına görə, peyvəndə imkanı çatmayan dünya uşaqlarının ¾-ü 10 ölkədə - Nigeriya, Hindistan, Pakistan, İndoneziya, Kondo Demokratik Respublikası, Efiopiya, Çin, Uqanda, Çad və Keniyada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG