Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

Prezidentin Fərdi təqaüdü 1000, milli qəhrəman təqaüdü 594 manat...


Arxiv şəkil

Arxiv şəkil

PREZIDENTIN FƏRDI TƏQAÜDLƏRI MILLI QƏHRƏMANLARA VERILƏN TƏQAÜDDƏN IKI DƏFƏ ÇOXDUR

Azərbaycanda ən yüksək fərqlənmə dərəcəsi “Azərbaycanın Milli Qəhrəmanı” hesab edilir. Onun əsasnaməsində yazılır: ““Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.” Statistika Komitəsinin rəsmi məlumatına görə isə Prezidentin Fərdi təqaüdü Milli Qəhrəman üçün verilən təqaüddən az qala iki dəfə çoxdur.

Bu xəbərə Komitənin “2011-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə təyin edilən təqaüdlər” adlı məlumatında rast gəldik:



Bu rəsmi məlumata görə ölkədə məbləği ən çox olan Prezidentin Fərdi təqaüdləridir. Prezidentin sərəncamları ilə həmin təqaüdə layiq görülən adamlar ömürlərinin sonuna qədər dövlət büdcəsindən ayda 1000 manat alırlar.

PREZIDENTIN FƏRDI TƏQAÜDLƏRININ SAYI VƏ MIQDARI DA ILDƏN-ILƏ ARTIR


Dövlət başçısının 2002-ci ildə qəbul etdiyi Prezidentin Fərdi təqaüdləri haqqında fərmanda deyilir ki, həmin təqaüdlər “Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə” verilir.

2002-ci ildə bu təqaüdlərinin sayı 150 idi, hazırda isə 500-dür. Onun da 467-nin sahibi artıq bəllidir, bundan sonra daha 33 nəfərə belə təqaüd verilə bilər. Amma zərurət hiss edəndə prezident öz sərəncamları ilə onların sayını və məbləğini artırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG