Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:56
Azərbaycanda səfərdə olan İsveçin xarici işlər naziri Carl Bildt müxalifət liderləri ilə görüşüb. Bu barədə Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, görüşdə İsa QəmbərƏli Kərimli ilə yanaşı keçmiş deputat, tarixçıi alım Cəmil Həsənli də iştirak edib. Görüşdə gündəmdə olan və digər önəmli məsələlərdən danışılıb:

«Azərbaycandakı ictimai-siyasi durum, söz və mətbuat azadlığı problemləri, İctimai Palatanın 2 aprel mitinqi ilə əlaqədar həbs olunanlar, siyasi məhbus məsələsi müzakirə olunub, Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların aparılmasnın zəruriliyi vurğulanıb. Avroatlantik məkana inteqrasiya, iki ölkə əlaqələrinin perspektivləri və digər bu kim məsələlər də müzakirə mövzusu olub».

İsveçin xarici işlər naziri Carl Bildtin regionuna səfəri iyunun 15-dək davam edəcək. Azərbaycandan sonra o Gürcüstanda və Ermənistanda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG