Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Leyla Yunus: «Polis bizə hücum etdi»


«Polis Sülh və Demokratiya İnstitutunun (SDİ) Şəmsi Bədəlbəyli küçəsi 38-də yerləşən ofisinə hücum edib». Bunu AzadlıqRadiosuna SDİ-nin rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus deyib.

«Evimin divarına buranın mənim xüsusi mülkiyyətim olduğunu yazdırırdım. Bildirirdim ki, buranın sökülməsi Azərbaycan Konstitutsiyasına və Avropa Konvensiyasına ziddir, insan hüqquqlarının pozulması deməkdir. Həmçinin SDİ-dən başqa ofisdə yerləşən digər beynəlxalq təşkilatların da adlarını da qeyd edirdim. Polis bizə hücum etdi. Öz evimin divarına yazmağıma qarşı çıxıb mənə təzyiq göstərdi».

Hadisə yerinə ATƏT-in Bakı ofisindən, Böyük Britaniya, Norveç və bəzi başqa səfirliklərin nümayəndələri, həmçinin jurnalistlər gəldikdən sonra polis ərazini tərk edib. Hüquq müdafiəçisi sonradan 21-ci polis bölməsinə dəfələrlə zəng vurub, polisləri hadisə yerinə dəvət etsə də, gələn olmayıb.

Bir müddətdir ki, «Qış Parkı»nın salınması ilə əlaqədər Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsünə başlanıb. İşi dövlət qurumlarından ibarət köçürmə komissiyası həyata keçirdir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, «hücum və basqın» polisin fəaliyyətinə aid olmayan işdir. «Bu ifadənin özü düzgün deyil. Polis xidməti vəzifəsini yetirərkən istənilən vətəndaşın ünvanına gedə bilər. Əgər şikayət varsa adiyyatı orqanlara müraciət edilə bilər. Düşünmürəm ki, belə bir hadisə baş verib».

Günün bütün mövzuları

XS
SM
MD
LG