Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:37

Suriyanın şimalında döyüşlər davam edir


Tank və vertolyotların köməyi ilə Türkiyə ilə sərhəddəki Jisr al-Shughour şəhərini ələ keçirən Suriya ordusundan bildiriblər ki, yaxınlıqda gizlənən yaraqlılarla döyüşlər davam edir.

Şəhərin 6 minə yaxın sakini Türkiyəyə qaçandan sonra Suriya ordusu bazaar günü boş qalan şəhri ələ keçirmişdilər.

Şəhər ətrafına ordu yeritmiş Suriya hakimiyyəti burda 120 əsgərin öldürüldüyünü iddia edirdi. Qaçqınlar və hüquq müdafiəçiləri isə deyirlər ki, onlar dinc sakinlərə atəş açmaqdan imtina etdiklərinə görə öz əsgər yoldaşları öldürüblər.


BMT-nin baş katibi Ban Ku-Moon prezident Bashar al-Assadi xalqın istefa tələbinə qulaq asmağa çağırıb. Suriyada üç aydan çoxdur ki, müxalifət prezidentin istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG