Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Gürcüstan müsəlmanları həm şeyx, həm mufti seçdilər


Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi isə vəzifəsində qalır


Dünən Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin baş müftisi, baş şeyxi və imamı vəzifələrinə seçkilər keçirilib. APA-nın xəbərinə görə, baş müfti vəzifəsinə Cemal Paksadze seçilib. Gürcüstanın baş şeyxi Vaqif Ağafilov, baş imam vəzifəsinə isə Yasir Əliyev seçilib.

Baş müfti Camal Paksadze Acarıstanın 5 rayonunda yaşayan müsəlman gürcülərə rəhbərlik edəcək. O, bildirib ki, azərbaycanlı şiələrin və gürcüstanlı sünnilərin vahid idarəni yaratmaqda məqsədi Gürcüstan müsəlmanlarının dini məsələlərinin həllinə nail olmaqdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev APA-ya açıqlamasında bu seçkiləri xoşagəlməz hadisə adlandırıb: “Sünniləri bölüb imam vəzifəsi veriblər, şiələri də bölüb şeyx vəzifəsi verdilər. Belə vəziyyətin yaranması bəzi dindarların günahıdır”.

Hacı Əli Əliyev öz vəzifəsində qaldığını, QMİ-nin Gürcüstan nümayəndəliyinin səlahiyyətli nümayəndəsi qismində fəaliyyətini davam etdirdiyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın rəsmi dini qurumları Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasını kəskin pisləmişdi. QMİ sədri Allahşükür Paşazadə bunu Azərbaycana və Gürcüstanda yaşayan azərbaycanlılara qarşı atılmış addım kimi qiymətləndirmişdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov da belə bir idarənin yaradılmasından çox narahat olduğunu demişdi.

Kvemo Kartli qubernatorunun müavini, Gürcüstan Müsəlmanları İdarəsinin təsisçilərindən biri olan Hüseyn Yusubov AzadlıqRadiosuna müsahibəsində demişdi ki, yeni yaradılmış idarə QMİ-nin fəaliyyətinə heç bir əngəl törətməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG