Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

Ə. Həsənov: «Partiyaların yenidən qeydiyyata alınması məsələsi gündəmdə deyil»


Əli Həsənov

Əli Həsənov

«Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi onların parlamentdə təmsil olunmaları ilə deyil, seçkilərdə topladıqları səslərin sayı ilə müəyyənləşə bilər».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər artıq hazırlanıb:

«Bu qanunda partiyaların yenidən qeydiyyata alınması məsələsi gündəmdə deyil. Dövlətdən maliyyələşməsi üçün siyasi partiyalar bu və ya digər meyarlara uyğun gəlməlidirlər. İlkin olaraq, bizim təklif etdiyimiz modeldə parlament seçkilərində toplanan səslərin miqdarı əsas götürüləcək. Bunun üçün hər bir partiyanın topladığı səslər sayılmalı, ümumiləşdirilməlidir və ona müvafiq maliyyə açılmalıdır».

Layihə rəy verilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına təqdim olunub. /APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG