Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Dini qurumlara edilən ianələr nəzarətə götürülür


Milli Məclisin iyunun 10-da keçirilən iclasında “Dini etiqad azadlğı haqqında” qanuna əlavə və dəyişikliklər qəbul edilib. Dəyişikliyə görə, İslam dini icmaları bundan sonra Qafqaz Müsəlmanları İdarəsinə hesabat verəcəklər.

Sənədə dəyişikliklərdən biri də dini qurumların mülkiyyəti ilə bağlıdır. Qəbul edilən dəyişikliyə görə, dini mərkəzlər və idarələrin maliyyə vəsaiti bu qanun tələbləri nəzərə alınmaqla, əldə edilən vəsait həmçinin fiziki və hüquqi şəxslərin dini qurumlara və ziyarətgahlara könüllü ayırmaları nəticəsində yaranır.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova əmindir ki, Azərbaycanda nə vaxtsa hansısa məscidə, dini mərkəzə nəzir verməyən şəxs tapılmaz: “Bu, insanın qəlbindən gələn könüllü yardımdır. Bu ayırmalar üzərində nəzarətin olması, bu maliyyə vəsaitinin hara getməsinə əlaqədar olaraq bu müddəa daxil edilib. Bununla da artıq nəzir qutusu və digər məsələlərə birdəfəlik son qoyulacaq”.

“Dini etiqad azadlığı” haqqında qanuna ümumilikdə 19 dəyişiklik edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG