Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:34

Suriyada Jisr al-Shughour şəhərində əməliyyat keçirilib


Suriyada Jisr al-Shughour şəhərində 10 təhlükəsizlik əməkdaşının basdırıldığı qəbir aşkar olunub.

Dünən hökumət qoşunları tanklar və helikopterlərlə bu şəhərdə nəzarəti ələ alıb. Rəsmi xəbərə görə, dünənki döyüşlərdə 3 nəfər – bir hərbçi və 2 naməlum silahlı öldürülüb.


Şəhər ətrafına ordu yeritmiş Suriya hakimiyyəti burda 120 əsgərin öldürüldüyünü iddia edirdi. Qaçqınlar və hüquq müdafiəçiləri isə deyirlər ki, onlar dinc sakinlərə atəş açmaqdan imtina etdiklərinə görə öz əsgər yoldaşları öldürüblər.

Hökumət qoşunlarının əməliyyatından xilas olmaq üçün beş minə yaxın suriyalı Türkiyə sərhədinə sığınıb.

BMT-nin baş katibi Ban Ku-Moon prezident Bashar Assadi xalqın tələbinə qulaq asmağa çağırıb. Suriyada üç aydan çoxdur ki, müxalifət prezidentin istefası tələbi ilə etiraz aksiyaları keçirir

Günün bütün mövzuları

XS
SM
MD
LG