Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:41

İlham Əliyev R.T. Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İyunun 12-si axşam Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Məlumatı Prezidentin rəsmi saytı yayıb.

İ. Əliyev R. T. Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) qazandığı inamlı qələbə münasibətilə təbrik edib, bu qələbənin Türkiyə xalqının AKP-yə inamının ifadəsi olduğunu vurğulayıb.

Türkiyənin Baş naziri səmimi təbrikə görə prezident İ. Əliyevə minnətdarlığını bildirib.

İ. Əliyev R. T. Ərdoğanı onun üçün münasib vaxtda Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
XS
SM
MD
LG