Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Bəhreyndə gənc qadın tənqidi şerə görə 1il həbs cəzası alıb


Bəhreyndə 20 yaşlı qadın Ayat al Qurmezi kral və baş nazirə tənqidi şer söylədiyinə görə 1 il həbs cəzası alıb.

Bu barədə Bəhreynin dövlət televiziyası xəbər verir.

Hökmü bu yaxınlarda ölkədə baş vermiş kütləvi iğtişaşları araşdıran xüsusi tribunal verib.

Bundan bir gün öncə ölkə paytaxtı Manamada siyasi azadlıq tələbilə 10 minlik nümayiş keçirilib.

Əhalisinin çoxu şiələr olan Bəhreyni sünni azlığı idarə edir.
XS
SM
MD
LG