Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:46

Suriyadan Türkiyəyə 4 mindən çox qaçqın keçib


Bu barədə Türkiyənin hakim dairələri xəbər verir.

Onların əksəriyyəti ölkənin şimal-şərqindəki Cisr aş Şuqr şəhərindəndi.
Şəhər ətrafına ordu yeritmiş Suriya hakimiyyəti bu rayonda 120 əsgərin öldürüldüyünü iddia edir.

Qaçqınlar və hüquq müdafiəçiləri isə deyirlər ki, onlar dinc sakinlərə atəş açmaqdan imtina etdiklərinə görə öz əsgər yoldaşları tərəfindən öldürülüblər.

Birləşmiş Ştatlar Suriya hakimiyyətini ölkədə hümanitar böhran yaratmaqda ittiham edib.

Ağ ev Dəməşqi ölkənin şimalında nümayişçilərə qarşı hücumları dayandırmağa və
Beynəlxalq Qırmızı Xaç Kommitəsinin missiyasının təcili ora buraxılmasına imkan yaratmağa çağırıb.
XS
SM
MD
LG