Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:02

«Gəlin Markesi Ermənistana dəvət edək!»


Yerevan UNESCO tərəfindən «Dünyanın 2012-ci ildə kitab paytaxtı» elan edilib.

Bir qrup erməni «Facebook» şəbəkəsində yeni təşəbbüslə çıxış ediblər.

Onlar «Yerevanın dünyanın kitab paytaxtı elan edilməsi» ilə bağlı gələn il Ermənistanda keçiriləcək tədbirlərə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin də dəvət edilməsini istəyirlər.

«Gəlin Markesi Ermənistana dəvət edək!» adlı qrupa artıq 2500 nəfər qoşulub.

Təşəbbüs müəllifləri artıq bununla bağlı Ermənistanın mədəniyyət naziri Hasmik Poqosyana müraciət ediblər.

Onlar nazirin Markesə rəsmi dəvət məktubu yollamasını arzu edirlər.

Amma nazirlikdən «Panorama.am»-a deyiblər ki, yeni təşəbbüs haqda məlumatsızdırlar.

«Facebook»-dakı qrup üzvləri bildirirlər ki, əgər dəvət qəbul edilsə, onlar «təşkilati məsələləri həll etməyə hazırdırlar».

HƏMÇİNİN OXU:

Qabriel Qarsia Markes “Gözlənilən bir qətlin tarixçəsi”
Qabriel Qarsia Markes "ÜÇ SOMNANBUL ÜÇÜN KƏDƏR" (Hekayə)
Piratlar Markesin "cibinə girir"
Qabriel Qarsia Markes "Ölümün o biri üzü"
Markes və Cabir Novruz
XS
SM
MD
LG