Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00

Azərbaycan UEFA-nın reytinq cədvəlində 47-cidir


Azərbaycan komandasının oyunçusu Mahmud Qurbanov

Azərbaycan komandasının oyunçusu Mahmud Qurbanov

UEFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Siyahıya 43,016 balla İspaniya millisi başçılıq edir.

İkinci yerdə 42,013 balla Niderland, 3-cü yerdə isə 40,449 balla Almaniya gəlir.
Azərbaycanın mübarizə apardığı “A” qrupunda Türkiyə 18-ci, Avstriya 32-ci, Belçika isə 34-cü yerdə qərarlaşırlar.

Azərbaycan millisi isə 14,017 balla 47-ci yerdədir.

Növbəti yerlərdə Lixtenşteyn, Farer adaları, Lüksemburq, Malta, Andora və San-Marino gəlirlər.

Bu günlərdə Azərbaycanın məğlub olduğu Qazaxıstan siyahıda 14,965 balla 45-ci yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG