Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Son gün ərzində Suriyanın şimalında 30 adam öldürülüb


Suriyanın hakim dairələri bu günlərdə ölkənin şimalında təhlükəsizlik qüvvələrinə hücum etmiş silahlı qrupun liderlərinin həbs olunduqlarını xəbər verir.

Rəsmi məlumata görə bu hücum nəticəsində təhlükəsizlik xidmətinin 120 əməkdaşı öldürülüb.

Suriya ordusu dünən Cisr aş Şuruq şəhəri də daxil olmaqla ölkənin şimalındakı bir neçə rayonu mühasirəyə alıb.

Ölkənin şəhərlərində hökumət əleyhinə kütləvi aksiyalar davam edir.

Təkcə son gün ərzində azı 30 nəfərin öldürüldüyü xəbər verilir.

Məlumatlara görə Suriya hakimiyyəti ölkənin şimalında nümayişləri boğmaq üçün vertolyot və tanklardan istifadə edir.

Birləşmiş Ştatlar Suriya hakimiyyətinin hərəkətini kəskin ittiham edib.
XS
SM
MD
LG