Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:24

Türkiyədə namizəd seçkiyə 2 gün qalmış öldürülüb


Türkiyənin Bitlis vilayətində millət vəkilliyinə namizəd seçkiyə 2 gün qalmış öldürülüb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 10-da Bitlisin Hizan qəsəbəsi yaxınlığındakı meşədə Demokratik Sol Partiyasından (DSP) millət vəkilliyinə namizəd Bədri Aydının meyiti tapılıb.

Onun 32 yaşı vardı.

Araşdırma nəticəsində müəyyən olub ki, o avtomat silahla öldürülüb.
İstintaq gedir.

İyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək.
XS
SM
MD
LG