Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11

Bakıda ABŞ-Azərbaycan Təhsil Mərkəzi açıldı


Metyu Brayza qırmızı lenti kəsir

Metyu Brayza qırmızı lenti kəsir

İyunun 11-də Bakıda ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı olub.

Tədbiri açan ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) bildirib ki, mərkəz Azərbaycanda tamamilə yeni bir fikirdir:

«Bu mərkəz Amerikaya təhsil almaq üçün gedənlər üçün ilkin addım ola bilər. Bəlkə də bu, subyektiv fikirdir, ancaq Amerika universitetində təhsil almaq insan üçün həyatda çox gözəl təcrübə ola bilər».

Səfir Brayza bildirib ki, Təhsil Mərkəzi hər kəsə istər birbaşa ABŞ universitetlərinə müraciət etmək, istərsə də səfirliyin mübadilə proqramları ilə tanış olmaq imkanı yaradacaq.

ABŞ-Azərbaycan Təhsil Mərkəzi Amerika Şurası, IREX, Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyası (AAA) kimi təşkilatları birləşdirir.
XS
SM
MD
LG