Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:34

ABŞ Suriya hakimiyyətini kəskin ittiham edib


Birləşmiş Ştatlar Suriya hakimiyyətinin etiraz aksiyalarını amansızcasına boğmasını kəskin tənqid edib və Avropa ölkələrinin BMT-nin təhlükəsizlik şurasına təqdim etdikləri qətnamə layihəsini dəstəkləyib.

Məlumatlara görə ölkənin şimal-qərbində ilk dəfə nümayişçilərə vertolyotdan atəş açılıb.

Həmçinin hökumət qoşunları cümə günü Maarat al Numaan şəhərini tanklardan atəşə tutublar.

Ölkənin şimal-qərbindəki Cisr aş Şuqur şəhərinin ətrafına azı 15 min canlı qüvvə və 40-a yaxın tank yeridilib.

Minlərlə yerli sakin təhlükəsizlik baxımından qonşu Türkiyəyə keçib.
BMT-nin təhlükəsizliki şurasında Suriyanı ittiham edən qətnamə layihəsi müzakirə olunur.

Sənəd Suriya hakimiyyətini zorakılığı dayandırmağa və müxalifətlə siyasi dialoqa başlamağa çağırır.

Təhlükəsizlik şurasında veto qoymaq hüquq olan Rusiya ilə Çin sənədə qarşıdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG